Azərbaycan Televiziyasının binasının qarşısında həlak olan jurnalistlərin xatirəsi yad edilir.
Bizimaz.az bildirir ki, “Qafqazinfo”nun anım tədbirində iştirak edən əməkdaşlarının məlumatına görə, xatirə tablosu önünə gül dəstələri qoyulur, AzTV-nin operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi anılır.
AzTV sədri Rövşən Məmmədov jurnalistlərin qarşısına çıxaraq hadisə haqda danışıb.
Xatırladaq ki, bu gün Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtomobilinin minaya düşməsi nəticəsində 3 nəfər həlak olub. Onlardan ikisi jurnalist, digəri isə RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir. Avtomobilin minaya düşməsi nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Allah rəhmət eləsin!