Xəbər lenti



Türkiyənin Afrin əməliyyatında tərəflər gərginliyi artırmamalıdır.

 

Bu sözləri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Adrian Rankin-Hollivey deyib. O bildirib ki, hər kəs gücünü əsəs hədəf olan İŞİD terror təşkilatının aradan qaldırılmasına yönəltməlidir:

“Türkiyənin ABŞ tərəfindən də terror siyahısına alınan PKK ilə bağlı narahatlığını başa düşürük. Qeyd edim ki, ABŞ PKK-nı hər hansı bir yardımla dəstəkləmir”.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov