28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzləri sayılan “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.
“Anadolu” agentliyi məlumat verir ki, aksiya ölkəmizin müstəqilliyinin 103-cü ildönümünə həsr olunur.
Səhər saatlarınadək keçiriləcək aksiya zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun Avropa və Asiya sahillərini birləşdirən körpülərində Azərbaycan bayrağının rəngləri əks olunacaq.