Xəbər lenti

 

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin Ermənistanın işğalından azad edilən Ağdam şəhərinə səfəri davam edir.

 

Bizimaz.az “Report” -a istinadən xəbər verir ki, nümayəndə heyəti Ağdamda Pənahəli xanın sarayına və tarixi Şahbulaq qalasında olublar.

Qonaqlar Pənahəli xanın sarayının həyətində olan və ermənilər tərəfindən dağıdılan qəbirlərə baxış keçiriblər. Burada mərkəzin təmsilçilərinə ermənilərin törətdikləri vandalizm aktları barədə məlumat verilib. Bildirilib ki, işğal dövründə ermənilər bu qədim tarixi abidədə donuz saxlayıblar.

Daha sonra Şahbulaq qalasında olan nümayəndə heyətinə qalanın tarixi barədə geniş məlumat verilib. Həmçinin Ağdam Tarix Diyarşünaslıq Mizeyindən gətirilən eksponatlar ziyarətçilərə nümayiş etdirilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov