Azərbaycanın Baş naziri Əli Əsədovla Rusiya baş naziri Mixail Mişustin arasında Moskva şəhərində keçirilən danışıqların yekunlarına dair bir sıra sənədlər imzalanıb.
Bizimaz.az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.
Tərəflər Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi ilə RF Rəqəmsal İnkişaf, Rabitə, İctimai Nəqliyyat Nazirliyi arasında rabitə və rəqəmli texnologiyalar arasında əməkdaşlıq sazişi
Dövlət Gömrük Komitəsi ilə RF Federal Gömrük Xidməti arasında bəzi növ mallara dair gömrük nəzarətinin elektron şəkildəki nəticələrinin qarşılıqlı tanınmasına dair protokol
Qida Təhlükəsizliyi Agentliyi ilə RF Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq əməkdaşlığı sazişi
Əqli Mülkiyyət Agentliyi ilə RF Federal Əqli Mülkiyyət Xidməti arasında anlaşma memorandumu
Qida Təhlükəsizliyi Agentliyi ilə RF Federal Baytarlıq və Fitosanitariya Nəzarəti Xidməti arasında bitki karantini sahəsindəki informasiya sistemlərinin inteqrasiyasına dair protokol
Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxslə (Azstand) Rusiya İxracat Mərkəzi arasında anlaşma memorandumu imzalayıblar.