“Şuşada ilk toyu kimlər etmək istəyirsə, “Qarabağa dönüş” İctimai Birliyinə müraciət etsinlər”.
Bizimaz.az bildirir ki, bu sözləri Modern.az-a “Qarabağa dönüş” İctimai Birliyinin rəhbəri, deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, pandemiya bitəndə, toyların keçirilməsinə icazə veriləndə Şuşada ilk toyu reallaşdırmaq olar:
“Hətta bir cütlüyün deyil, evliliyə hazırlaşan bir neçə cütlüyün eyni vaxtda toy mərasimini Şuşada təşkil etmək olar. Ümidvaram ki, pandemiya problemi tezliklə aradan qalxacaq. Şuşada heç qapalı məkana ehtiyac yoxdur. Açıq havada, Cıdır düzündə gənclərin evlilik mərasimini təşkil edərik. Şuşanın gözəl təbiəti, mənzərəsi buna imkan verir. Əslində belə bir mərasim qonşuluqda yaşayan ermənilər üçün də bir göz dağı olar. Qoy ermənilər bir daha görsünlər ki, Azərbaycan xalqı Şuşaya qayıdıb, orada normal həyat sürür”.