Azad Suriya Ordusunun qüvvələri Afrində PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub.
Axar.az xəbər verir ki, qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.
Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.
***
Azad Suriya Ordusunun kürd silahlılarına qarşı əməliyyatına dəstək vermək üçün Türkiyə tankları Afrinə daxil olub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hərbi texnikanın heç bir müqavimətə rast gəlmədiyi bildirilir.
Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.