Rusiyanın Kazan şəhərində dəhşətli hadisə baş verib.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, Kazanda məktəbdə terror aktı zamanı ölən və yaralananlar var.
Nazir qeyd edib ki, günahsız insanları ölümü həmişə faciədir.
“Mən ölən şəxslərin ailələrinə, yaxınlarına, Rusiya xalqına başsağlığı verirəm. Biz terrorun bütün formalarını qınayırıq”, - deyə C.Bayramov əlavə edib.
Hadisə ilə əlaqədar mətbuat konfransında bir dəqiqəlik sükut elan edilib.