Xəbər lenti

 

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

 

Bunu Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq irsi, Qələbə və vətənpərvərlik rəmzi, qazanılmış qələbəni unikal eksponatlarının zənginliyi və müasir təqdimat metodları ilə tamaşaçıya çatdıracaq məkan olması nəzərdə tutulur:

“Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək”.

Əlavə olunub ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov