Xəbər lenti



Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

 

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib. 

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində “İngilis dili” üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin 12 yaşında Mərdan adında oğlu və 11 yaşında Zəhra adında qızı yadigar qalıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov