Hadisə nəticəsində 1 nəfər ölüb, ailənin 6 üzvü xəsarət alıb. Hadisə yerinə
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın lokallaşdırılıb. Yanğın zamanı Küveyt vətəndaşı, 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.
Evdə olan digər Küveyt vətəndaşları – 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə
Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.