“ABŞ tərəfindən Suriyanın şimalında yaradılan terror ordusu Türkiyənin milli təhlükəsizliyini təhdid edir və həmin ordu məhv ediləcək”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə müttəfiq kimi yanaşmalıdır:
“Bizim vəzifəmiz bu ordunu hələ doğulmamış boğmaqdır. Əgər
ABŞ bu vəhşi heyvanlarla əməkdaşlıq etmək istəyirsə bu onların işidir. Amma biz buna imkan verməyəcəyik”.
Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun
Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını da açıqlayıb.
Qeyd edək ki, dünən
ABŞ-ın
Suriya və
İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını
PKK-nın
Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib.