Xəbər lenti




Ermənistanda siyasi hakimiyyətin yenilənməsi, Sərkisyan və onun Qarabağ klanının yerinə başqa bir qrupun gəlməsi kifayət qədər real görünür.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanda qiymətlərin sürətlə artması əhalinin maddi rifahına ciddi şəkildə təsir göstərir:

“Artıq müxtəlif bölgələrdə xalqın həyəcanı artıb. Buna əsaslanaraq bəzi politoloqlar xalqın birdən-birə ayağa qalxacağı və qiyam edə biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirirlər. Əlbəttə, bu, müəyyən qədər həqiqətə uyğundur. Çünki bu ölkədə siyasi qütbləşmə davam edir. Bunu yaradan isə Sərkisyan və onun komandasıdır. Sərkisyan iki dəfə hakimiyyətə gəlməsinə baxmayaraq, ölkə konstitusiyasını dəyişdikdən sonra yenidən baş nazir olaraq hakimiyyətdə qalmaq istəyir. Amma əksər müşahidəçilər Sərkisyanın Ermənistanda keçiriləcək seçkilərdən sonra bir gün də olsa, hakimiyyətdə qala bilməyəcəyini deyir”.

Politoloq qeyd edib ki, indiki baş nazir Karapetyan və Sərkisyan arasında mübarizə gün keçdikcə daha da artır:

“Bütün bunlar onların təmsil etdiyi siyasi qruplara və siyasətçilərə də ciddi surətdə təsir göstərir. Ölkədə qütbləşmə, müxtəlif siyasi əlamətlər üzrə bölünmə müşahidə olunur. Belə bir vəziyyətdə ölkənin ciddi ictimai-siyasi böhran yaşadığını qeyd etmək mümkündür. Bu ictimai-siyasi böhran qiyama, qarşıdurmalara, bütövlükdə Sərkisyan hakimiyyətinə qarşı ciddi çıxışlara gətirib çıxara bilər. Ermənistanda bu gün iqtisadi vəziyyət ağırdır, siyasi vəziyyət də ağırlaşmaqda davam edir. Bu ağırlaşma mart ayına qədər sosial etirazlarla, partlayışlarla müşayiət olunacaq”.

Qeyd edək ki, yanvarın 1-dən etibarən Ermənistanda gündəlik tələbat məhsullarının qiyməti bahalaşıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov