Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, V.Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

O, bu vəzifədə 70 yaşlı akademik Dilqəm Tağıyevi əvəzləyib. 1939-cu il təvəllüdlü V.Fərzəliyev bundan əvvəl Elmi Şuranın sədr müavini vəzifəsini daşıyıb.

Qeyd edək ki, D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.

Xatırladaq ki, Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakıda anadan olub. O, 1967-dən AMEA-da çalışır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.