Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu "YAŞAT" Fondunda məsul vəzifəyə təyin olunub.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, fondun 7 rəhbər işçisi təyin olunub: "Onlardan 3 nəfər Qarabağ qazisidir. 1 nəfər Milli Qəhrəman İlqar Mirzəyevin oğludur".