Xəbər lenti



“Bu günləri, azad olunacağımı, yenidən vətənimdə olacağımı xəyal belə etmirdim. Əsirlikdə olduğumu biləndə, hər şeyin bitdiyini düşünmüşdüm. Əsirlik mənim üçün son idi”.

 

 Bizimaz.az bildirir  ki, Bunu Modern.az-a özəl açıqlamasında erməni əsirliyindən azad olunaraq, bu gün ailəsinə qovuşan Bayram Kərimov deyib.

 

B.Kərimov Füzuli, Şuşa istiqamətlərində döyüşdüyünü və yaralandığını bildirib:

“Yaralanandan sonra huşumu itirmişəm. Ondan sonrasını xatırlamıram. Ayılanda gördüm ki, Ermənistanda, ermənilərin içərisindəyəm. Əsirlikdə olanda ermənilər öz vəhşiliklərini nümayiş etdirirdilər. Amma bu, bizi sındırmırdı”.

 

Hərbçi qeyd edir ki, təyyardən düşənə qədər Azərbaycana qaytarılacağı barədə məlumatsız olub:

“Bizi təyyarəyə mindirdilər, heç bilmədik hara aparırlar. Çünki yanımızdakılar ermənicə danışırdılar. Bir də təyyarədn düşəndə anladıq ki, Vətəndəyik. Bu günləri bizə yaşatdığı üçün dəmir yumruq sahibi Ali Baş Komandana, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov