İşğaldan azad edilən Şuşa şəhərində illər sonra ilk dəfə azərbaycanlı sənətçilərin iştirakı ilə konsert təşkil edilib.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, həmin konsertdə şou-biznesin bir çox nümayəndəsi də iştirak edib.
Cıdır düzündə baş tutan konsertdə Xalq artistləri Tünzalə Ağayeva, Ənvər Sadıqov, Əməkdar artist Abbas Bağırov, Təyyar Bayramov, müğənni Azad Şabanov və başqaları yer alıblar.
Onlar Cıdır düzündə çəkdirdikləri fotoları sosial şəbəkədə yayımlayıblar.
BAKU.WS