44 günlük Vətən Müharibəsində Azərbaycana tarixi qələbəni qazandıran, şübhəsiz, müzəffər ordumuz oldu.
Heç şübhəsiz, bu qələbə dövlətimizin uzun illər gördüyü hazırlığın nəticəsi idi. Daim maddi-texniki baxımdan gücləndirilən Silahlı Qüvvələrimizə dövlətimiz hər zaman xüsusi qayğı ilə yanaşıb.
Şanlı ordumuzun heç bir maddi-məişət çətinliyinin olmaması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.
Dekabr ayının 18-də başlayaraq, Zəngilan, Cəbrayıl rayonlarında, Qubadlı rayonunun Xəndək, Xanlıq-1 və Xanlıq-2 kəndlərində aksiya həyata keçirilib.
“Bravo”nun əməkdaşları əsgər payı bağlamalarını döyüşçülərimizə çatdıraraq, onların istəklərini qeydə alıblar.