Müharibənin nəticələri məlumdur: Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərimizin əhəmiyyətli hissəsini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə çalıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.
“Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80%-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, - dövlət başçısı bildirib.