Xəbər lenti



Türkiyənin İstanbul şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

 

Bizimaz.az Report-a istinadən xəbər verir ki, tədbir iştirakçıları ulu öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət ediblər.

Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, İstanbuldakı Hüseyn Cavid adına məktəbin kollektivi və başqaları iştirak ediblər.

Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun abidəsi önünə əklillər və gül dəstələri düzülüb.

Mərasim iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün də büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov