Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başlayıb.
Bizimaz.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.
Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçılarını birgə salamlayıblar.
Sonra Azərbaycan və Türkiyənin Dövlət Himni səsləndirilib