Xəbər lenti

  

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

 

16:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. 

Ərdoğanın olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. 

15:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özəl təyyarə ilə yerli vaxtla 13:50-də (Bakı vaxtı ilə 14:50-də) Azərbaycana yola düşüb. 

“Anadolu” agentliyi xəbər verir ki, Ərdoğanı Esenboğa aeroportundan Prezidentin köməkçisi Fuad Oktay, Ankara valisi Vasip Şahin və Ankara Böyükşəhər bələdiyyəsinin sədri Mansur Yavaş yola salıb. 

Bu səfərdə Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, AKP-nin baş katibinin müavini Mahir Ünal, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və Türkiyənin rabitə naziri Fahrettin Altun müşayiət edir.

Bizimlə əlaqə saxlayın

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov