Xəbər lenti

“YAŞAT” Fondu vasitəsilə şəhid və yaralıların ailələrinin ehtiyaclarının qarşılanması iki formada həyata keçiriləcək.

 

Bizimaz.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərmanı ilə bağlı keçirilən onlayn mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

 

Ü.Mehdiyev qeyd edib ki, ianələr vasitəsilə və crowdfunding əsasında yardım təşkil olunacaq.

 

O toplanan vəsaitin əsasən hansı istiqamətlərə sərf ediləcəyini də açıqlayıb:

 

- İstehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması

- Məişət şəraitinin yaxşılaşdırılması

- Müalicə və psioxoloji dəstək xərclərinin ödənilməsi

- Təhsil və yaradıcı potensialının inkişafı ilə bağlı xərclərin ödəniləsi”

 

Ü.Mehdiyev qeyd edib ki, Fond Himayəçilik Şurasının üzvləri tərəfindən beçinci istiqamət də müyyənləşdirilə bilər.

Modern.az

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov