Xəbər lenti

 

ABŞ-ın məhşur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Sou” radioverilişinin aparıcısı Con Batçelor Gəncə şəhərinə səfər edib.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, jurnalist ölkənin ikinci böyük şəhərinə səfəri çərçivəsində raket mərmisinin düşdüyü əraziyə baxıb. Jurnalist baş verənlərlə bağlı tam məlumatlandırılıb.

Məqsəd erməni terrorunu, erməni vəhşiliyini dünya ictimaiyyətinə, o cümlədən Amerika cəmiyyətinə çatdırmaqdır.

Jurnalist qeyd edib ki gördükləri müharibə cinayətidir və həqiqətləri hər kəs bilməlidir.

“Amerikaya dönüb canlı yayım edəcəyik. Konfilkt barədə, xüsusilə Gəncə hadisələri ilə bağlı Amerika cəmiyyətinə dolğun məlumat verəcəyik. Mən bura gəlməzdən öncə Tramp administrasiyasının təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonla Azərbaycandakı və Qafqazdakı vəziyyəti müzakirə etmişik. Hesab edirik ki, bu regionun çox parlaq gələcəyi var", - Con Batçelor sözlərinə əlavə edib.

Səfər çərçivəsində Con Batçelor Gəncə şəhərinə raket zərbələrinin düşdüyü digər ərazilərə də baş çəkib. Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki şəxslərin yaşadığı ərazilər “Skad” tipli ballistik raketlərdən atəşə tutulub. Nəticədə 26 dinc sakin dünyasını dəyişib, şəhid olanların sırasında azyaşlılar da var.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov