Laçın adı gələndə istər-istəməz çiskinli, dumanlı dağlar gəlir göz önünə. Yaz-yay aylarında o yerlərə yolu düşənləri əsrarəngiz gözəlliyi ilə valeh edərdi.
28 ildir ki, doğmlarına həsrət idi Laçın. Bu gün Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Laçının nisgilinə son qoyuldu. Bu gün Laçın azaddır və öz əzəli sahibini gözləyir.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın rayonu. Rayon şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri ilə zəngin olan Laçın rayonu 1924-cü ildə təsis edilib. Rayonun mərkəzi Laçın şəhəridir.