Xəbər lenti



“Bu gün Bakı Dövlət Universitetindən (BDU) xaric edilən tələbə Pərviz Məhəmmədovun ali təhsil müəssisəsinə bərpa edilməsi üçün rektor Elçin Babayevə ünvanladığı müraciətə baxılacaq”.

 

Bizimaz.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib.

“BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu Bakı Dövlət Universiteti tərəfindən verilmiş müvafiq əmrlə 23 noyabr 2020-ci il tarixindən universitet tələbələri sırasından xaric edilib.

P.Məhəmmədov Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək, bu əmrə yenidən baxılmasını xahiş edib. Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılıb”.

“Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, onlayn dərs zamanı P.Məhəmmədov bayrağa hörmətsizlik edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov