Erməni işğalından sonra bir çox abidələrimizə düşmən tərəfindən zərər yetirildiyi, vandalizmə məruz qaldığı məlum olub.
Ağdamın Azərbaycana təhvil verilməsindən sonra şəhərin işğal illərində məruz qaldığı dəhşətli vəziyyət üzə çıxıb.
Belə abidələrdən biri də Ağdamda yerləşən Pənahəli xan sarayıdır.
XVIII əsrə aid abidə 1738-ci ildən sonra – Pənahəli xanın Qarabağda quruculuq işlərinə başladığı dövrdə inşa edilib. Tikili iki binadan ibarət olub və Pənahəli xanın imarəti də adlanıb.
Düşmən təcavüzü illərində mənfur qonşularımız mədəniyyətimizi təhqir etmək, torpaqlarımızdakı izləri silmək məqsədilə bu saraya da külli miqdarda zərər vurublar. Saraydan tövlə və əsgərlər üçün sığınacaq kimi istifadə olunub.
Oxu.Az sarayın işğaldan əvvəlki və işğal illərində məruz qaldığı dəhşətli vəziyyəti əks etdirən fotoları təqdim edir:
Bizimlə əlaqə saxlayın