Xəbər lenti



“Azərbaycanın tarixi şanlı qələbəsi haqqında məlumatların fənnindən və sinfindən asılı olmayaraq, müəllimlər tərəfindən şagirdlərə ötürülməsi, onlarla müzakirə edilməsi ilə bağlı Təhsil Nazirliyində əmr hazırlanır”.

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Təhsil Nazirliyinin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şanlı qələbəyə gedən yol uşaqlarla analiz edilməlidir:

“İşğaldan azad edilən torpaqlarımızın coğrafiyası, musiqisi, tarixi haqqında şagirdlərə danışmaq lazımdır. Bu, böyük bir öyrənmə arealıdır”.

“Fənnindən, sinfindən asılı olmayaraq, istənilən dərsdə bu mövzu keçirilə bilər. Bundan uşaqlarda vətənpərvərlik ruhunun yüksəlməsi üçün istifadə etmək lazımdır”, - deyə şöbə müdiri qeyd edib. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov