Xəbər lenti

 

Vətən Müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin daim dəstəklə təmin olunmaları üçün verdiyi tapşırığa əsasən görüləcək tədbirlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, həmin görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, Vətən Müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslərin də mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək.

İclasda şəhid ailələri və Vətən Müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı aşağıdakı digər istiqamətlər üzrə yeni sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib:

• Şəhid ailələrinin, müharibə  əlillərinin və digər iştirakçılarının özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işlərinin daha da genişləndirilməsi;

• Şəhid ailələrinin və müharibə  əlillərinin  maddi vəziyyəti nəzərə alınmaqla, ünvanlı sosial yardım proqramının onlar üçün daha əlçatan olması və bu proqramla əhatə olunmaları üçün bütün müvafiq dəstəyin təmin olunması;

• Şəhid ailələrinin üzvlərindən və müharibə  əlillərindən, müharibə iştirakçılarından işsiz və işaxtaran olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlara vakansiya məlumat bazasında olan iş yerlərinin təklif edilməsi, sosial tərəfdaşlarla birgə bu sahədə sıx əməkdaşlığın qurulması, DOST İş mərkəzi tərəfindən də onlar üçün uyğun, münasib vakansiyaların təqdim edilməsi;

• Şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və digər iştirakçılarının məşğulluğunun təşviqi məqsədilə bu sahədə işəgötürənlər üçün stimullaşdırıcı tədbirlərə dair təkliflərin hazırlanması, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının əsasən bu istiqamətdə tətbiqi;

• Müalicə kurslarından sonra müharibə əlillərinin bərpa xidmətləri ilə geniş şəkildə əhatə olunması, son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya müəssisələrinin bu məqsədlə tam gücü ilə işə salınması;

• Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində qurulmuş yüksək texnologiyalı protezlərin istehsalı sexində müharibə əlilləri üçün funksional protezlərin, bioprotezlərin istehsalına başlanması;

• Müharibə əlillərinin reabilitasiya vasitələri ilə təminatı işlərinin operativ həyata keçirilməsi;

• Erməni terroruna məruz qalmış mülki şəxslərə ehtiyac duyduqları sosial dəstəyin göstərilməsi, onların terror nəticəsində ziyan dəymiş, dağılmış kiçik müəssisələrinin bərpasına özünüməşğulluq proqramı çərçivəsində dəstək verilməsi, habelə erməni terroru nəticəsində heyvanları tələf olmuş mülki şəxslərə özünüməşğulluq proqramı çərçivəsində heyvanların alınıb verilməsi və s.

İclasda qeyd olunan istiqamətlərdə sosial dəstək tədbirlərinin təşkili və bu işlərin operativ və keyfiyyətli aparılmasına nəzarət məqsədilə işçi qrupların yaradılması qərara alınıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov