"İşğal olunmuş Azərbaycan torpaqlarının hamısı Azərbaycana veriləcək. Bu razılaşmada Ermənistan baş nazirinin imzası var? Var. "Əvvəllər atəşkəs oldu, pozduq, yenidən pozacağıq" desələr, cavabını alacaqlar".

 

Bizimaz.az  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşovlu açıqlamasında bildirib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, Azərbaycan qan tökməyə həvəsli deyil:

"Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək üçün çox səbr etdi. Bundan sonra seçim Ermənistanındır. Könüllü bir razılığa əməl edərək buradan çıxaracaqlar və ya qəhrəman Azərbaycan ordusu bu günə qədər olduğu kimi Azərbaycan torpaqlarını geri alacaq. 

Görürəm, xalq arasında reaksiyalar var. Belə bir mühitdə belə şeylər olur. Sabitlik və əmin-amanlıq içində bu vəziyyətdən necə faydalanacağını düşünmək daha asan olacaq. 

Burada sülh varsa və Azərbaycan torpaqları geri qaytarılsa, hamı bundan faydalanacaq". 

BAKU.WS