"Dostum İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı işğal altındakı torpaqların və bütün Qarabağın azad edilməsi münasibətilə təbrik edirəm".

 

Bizimaz.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Receb Tayyib Ərdoğan bildirib. 

Türkiyə prezidenti söyləyib ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılacaqdır:

"Yol çəkiləcək. Türkiyə razılaşmaya nəzarət etmək üçün Rusiya ilə birlikdə Dağlıq Qarabağ bölgəsində olacaq. Müvafiq anlaşma memorandumu bu gün səhər imzalanıb. Ortaq Türk-Rus Mərkəzi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaqdır.

Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün bütün tədbirlər bu mərkəz tərəfindən həyata keçiriləcəkdir. Beləliklə, Qarabağdakı 28 illik işğal rəsmi və faktiki olaraq başa çatır".

BAKU.WS