Qarabağ müharibəsinin sonuna cəmi bir neçə həftə qalıb. Əgər Azərbaycan Ordusu təzyiq göstərməyə davam edərsə, Ermənistan kapitulyasiya elan edəcək.
Bizimaz.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Yuri Podolyaka öz Yutub kanalında bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanın böyük itkiləri var:
“Son bir neçə gündə qızğın döyüşlər gedir. İtkilərin statistikası dərc edilsə, Ermənistan əhalisi dəhşətə gələcək”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi müharibə başlayandan bəri hər gün itkilərindən bəzilərinin adlarını elan edirdi. Bu siyahı reallığı əks etdirməsə də, Ermənistan MN bunu “əllərində olan və tanınan meyitlərə görə” elan etdiyi açıqlayırdı.
Artıq 4 gündür ki, Ermənistan ümumiyyətlə itkilərini elan etmir.