Oktyabrın 27-də Ermənistan silahlı bölmələrinin növbəti dəfə dinc sakinləri hədəfə alıb Bərdəni atəşə tutması zamanı həlak olan 8 yaşlı Aysunun atası danışıb.

 

Türkiyənin “Haber Global” telekanalının müxbiri Bərdədə Aysugilin evində olub.

Aysu İsgəndərovanın atası Rövşən baş verənləri göz yaşları içərisində anlatmağa çalışıb: “Nə deyəcəyimiyi bilmirəm. İşdə idim.

Traktor sürürdüm. Səs eşitdim. Tüstü bizim evimiz tərəfdən qalxdı. Getdim ki, uşaq yoxdur. İkinci sinfə gedirdi. Uşağı görəndə qarın nahiyəsindən daxili orqanları çölə dağılmışdı... Onları yığıb uşağın meyitini apardım...”.