“Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram”.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib. Ölkə başçısı vurğulayıb ki, hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir.

Prezident həmçinin bildirib ki, Ağdam, Goranboy, Ağcabədi, Gəncə, Bərdə namərd düşmənin atəşinə məruz qalıb:

“Düşmən döyüş meydanında məğlub olur, Azərbaycan ordusuna davam gətirə bilmir və mülki əhaliyə qarşı cinayət törədir.

Bütün dünya görür ki, Azərbaycan hansı mənfur düşməndən öz torpaqlarını azad edir. 30 il torpaqlarımızda oturan düşmən bizim təbii resurslarımızı istismar edib. Oğurluq, talançılıq Ermənistanın xislətidir”.