Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu, 18 oktyabr – Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təşkil edilib.
Niaqara şəlaləsinin Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rənglərinə boyanması Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.