Türkiyə Qızılayı Azərbaycana humanitar yardım göndərib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Dağlıq Qarabağ bölgəsində erməni tərəfinin atəşinə məruz qalan sakinlər üçün 4 TIR humanitar yardım yola düşüb.
Türk Qızılayı tərəfindən 250 çadır, 3 min yorğan, 288 mətbəx dəsti və 500 yataqdan ibarət humanitar yardımlar hazırlanıb.
TIR-ların bazar günü bölgəyə çatacağı bildirilir.