“Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin dinc sakinləri atəşə tutan Ermənistanın “Qrad” yaylım atəş sistemi dəqiq zərbə ilə məhv edilib".
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
“Çox sayda günahsız insanların həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb”, - o əlavə edib.