“Cəbhə bölgəsində yaşayan erməni xalqını hərbi obyektlərdən kənar durmağa çağırırıq”.
Bizimaz.az BAKU.WS-ə istinad xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, erməni xalqı buna əməl etdikdə təhlükəsizlikləri təmin oluna bilər.
“Erməni xalqı Ermənistan tərəfindən törədilən təxribatçılıq əməllərinə qoşulmasın. Bir daha Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dediklərini xatırladıram:
"Azərbaycan Respublikasının erməni xalqı ilə işi yoxdur. Erməni xalqı özü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış quldur və kriminal rejimdən özünü azad etməlidir.
Erməni xalqı Ermənistanın rəhbərliyinin yürütdüyü bu siyasət nəticəsində özünün qurban olduğunu başa düşməlidir”, - deyə Hikmət Hacıyev bildirib.