Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.

 

Bizimaz.az bildirur ki, BAKU.WS-n məlmatına görə xəbər verir ki,  yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq.

Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.

BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media quruluşları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Məlumatlarda qeyd edilir ki, Əli Həsənovu təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər. Xəbərə görə bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub. Artıq bir sıra media şirkəti binanı tərk edib. Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.

Ümumilikdə isə bu vaxta qədər həmin binada BMM-dən başda bu təşkilatlar fəaliyyət göstərib: “Kaspi” qəzeti, Sputnik.az, Bilik Fondu, “Azərbaycan müəllimi” qəzeti, “Strategiya” jurnalı, Aznews.az saytı, Kaspi Art, Burc fm, Araz fm, Azərbaycan Beynəlxalq Bankın filialı.