Xəbər lenti

Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyev deyil, onun müavini saxlanılıb.

 

Bizimaz.az bildirir ki, bunu Axar.az-a açıqlamasında Biləsuvar İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şahin İsgəndərov deyib. O bildirib ki, əməliyyat çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun müdir müavini Ədalət Mürsəlov saxlanılıb, lakin sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, Unikal.org saytı Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyevin saxlanılması barədə məlumat yayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov