Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü bərpa olunub.

 

Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-in bölgə müxbirinə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) onunla əlaqə saxlanılıb.

“Səhər saatlarında nazirlikdən mənimlə əlaqə saxlanıldı. Mənə bildirildi ki, məsələ ilə bağlı nazir Sahil Babayevin göstərişi var.

Göstərişə əsasən, anamın təqaüdü hansı aydan kəsilibsə, o aylarda ödənilməklə bərpa olunsun", - deyə K.Əsgərov bildirib.

Məlumat üçün qeyd edək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova ikinci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı. Onun təqaüdü 2 ay öncə kəsilmişdi.