Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsinin növbəti ildönümüdür.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bununla bağlı “Twitter”də paylaşım edib.
“Qubadlısız 27 il. Rayon 1993-cü ilin avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılıb. Qubadlı da daxil olmaqla, Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək, yerli azərbaycanlılar isə öz evlərinə qayıdacaqlar”, - deyə XİN rəhbəri bildirib.