Xəbər lenti



Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Faiq Akif oğlu Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Bizimaz.az xəbər verir ki, Bakıda anadan olan Faiq Qürbətov Bakı Dövlət Universitetində ali təhsil alıb. Bir neçə il əvvəl Gənclər Fondunda Aparat rəhbəri vəzifəsində çalışan F.Qürbətov 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Aparat rəhbəri vəzifəsində işləyib.

Gənclərlə işləməyi sevən Faiq Qürbətovun kreativ ideyalara sahib olduğu, boş vaxtlarında mütaliəni və partilərdə rəqs etməyi sevdiyi bildirilir.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov