Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
Bizimazşaz BAKU.WS-ə istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.
Saxlanılanların olduğu bildirilir.
Bundan başqa, qeyd edilir ki, icra hakimiyyəti ilə yanaşı, bir neçə dövlət qurumunda da əməliyyat keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.