Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün 70 yaşını qeyd edən xalq artisti, tanınmış aktyor Cəfər Namiq Kamalla görüşüb.
Kult.az xəbər verir ki, Q.Paşayeva xalq artistini Mədəniyyət Komitəsində qəbul edib.
Millət vəkili aktyoru 70 illik yubileyi münasibətilə təbrik edərək onun oynadığı rollarla Azərbaycan tamaşaçısının böyük sevgi və rəğbətini qazandığını vurğulayıb.
Q.Paşayeva xalq artisti Cəfər Namiq Kamala yeni sənət uğurları və cansağlığı arzu edib, onun mədəniyyətimizin inkişafında bundan sonra da rol oynayacağına əminliyini bildirib.