Xəbər lenti

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

 

Bizimaz.az Modern.az-a istinadən  xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni vəzifə həvalə edilir.

 

Belə ki, əsasnaməyə yeni əlavə edilən 3.1.11-1-ci yarımbənddə "ASAN xidmət"ə dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək vəzifəsi tapşırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov