Xəbər lenti

 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

 

Bizimaz.az xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir. İclasın gündəliyinə 6 məsələ daxil edilib.

Müzkirəyə çıxarılan 6 məsələnin hamısı üçüncü oxunuşdur.

İclas zamanı “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

“Komitə iclasında 8, qanun layihəsinin müzakirəsi zamanı isə 24 deputat çıxış edib. Qanun layihəsinin olduğu kimi saxlanılması məqbul hesab olunub. Amma həmkarlarımızın verdiyi təkliflər də diqqətdə saxlanılacaq”, - deputat bildirib.

T.Mirkişili qeyd edib ki, pandemiyanın və neft qiymətinin ucuzlaşmasının büdcəyə müəyyən təsiri olub:

“Müəyyən iqtisadi layihələr dayandırılıb. Xarici borca, devalvasiyaya getmədən, problemləri vətəndaşın üzərinə qoymadan pandemiyanın yaratdığı nəticələr dərin təhlil olunub və vəziyyətdən çıxmaq hədəflənib”

Axar.az 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov