Xəbər lenti

Dövlət müxtəlif kateqoriyalı insanlara müxtəlif ödənişlər edir. Bu gün dövlət tərəfindən məcburi köçkünlərə ödənişlər edilir.

 

Bizimaz.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı verdiyi tapşırıqların icrasına həsr olunan bugünkü mətbuat konfransında deyib.

"Məhz bu səbəblə bu gün məcburi köçkünlər, pensiya alanlar 190 manat almaqdan məhrum edilib. 190 manat birdəfəlik müavinət məhz dövlət tərəfindən dəstək ayrılmayan şəxslərə verilir", - o bildirib.

Nazir qeyd edib ki, aprel ayının 7-dən 20-nə qədər hər bir vətəndaşa birdəfəlik müavinət üçün qeydiyyatdan keçməyə imkan yaradıldı:

"Qeydiyyat prosesindən sonra yoxlama uzun müddət tələb edir. Məhz bu səbəblə birdəfəlik müavinət üçün təkrar qeydiyyat aparılmır. Qarşıdakı müddət ərzində də təkrar yoxlama aparılaraq, 13 şəhər və rayon üzrə aztəminatlılıq meyarına uyğun gələn şəxslərə birdəfəlik müavinət ödəniləcək".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov