Sosial gərginliyin qarşısını almaqdan ötrü kiçik ticarət obyektlərinin hamısını açmalıyıq.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
F.Mustafa Operativ Qərargaha və hökumət üzvlərinə təklif verib:
“Bu gün supermarketlərin fəaliyyətinə icazə verilir. Hansı ki, burada digər - paltar, ayaqqabı satılan yerlərdən daha çox adam olur. Ona görə də supermarketlər koronavirusa yoluxmaq üçün daha münbit şərait yaradır, nəinki xırda, 1 saata 2-3 nəfərin gəldiyi paltar, ayaqqabı dükanları. Operativ Qərargaha və hökumətə təklif edirəm ki, bütün xırda ticarət obyektləri açılsın. Biz qarşıdakı sosial gərginliyi bu yolla azaltmağa çalışmalıyıq. Biznesə dövlət tərəfindən işçilərin maaşı üçün pul ayırmaqdansa, onların öz biznesinin inkişafına dəstək vermək lazımdır”.