Müdafiə nazirliyinin adına saxta "Twitter" hesabı açılıb.
Bizimaz.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb. Nazirlik vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırıb.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabı bu linkdədir:
https://twitter.com/wwwmodgovaz